Prezident Beyləqanda Olimpiya İdman Kompleksinin tikintisinə 16,5 milyon ayırıb

Əzərdə tutulan vəsaitin bölgüsü"nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 16,5 milyon manatı Gənclər və İdman Nazirliyinə ayrılıb
Sputnik

Bakı, 23 mart — Sputnik. Prezident İlham Əliyev"Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. 

Sputnik Azərbaycan xəbər verir ki, Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin başa çatdırılması məqsədilə prezidentin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 16,5 milyon manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.