İQTİSADİYYAT

Neftin qiyməti 70 dollara çatdı

"Brent" markalı neftin bir barelinin qiyməti 0,97%, yaxud da 0,67 dollar bahalaşaraq 69,58 dollar olub
Sputnik

Bakı, 23 mart — Sputnik. Bakı vaxtı ilə saat 10:20-də dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,17% və ya 0,75 dollar artaraq 65,05 dollar təşkil edib.

Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, birjalarda "Brent" markalı neftin qiymətində də artım qeydə alınıb. Belə ki, "Brent" markalı neftin bir barelinin qiyməti 0,97%, yaxud da 0,67 dollar bahalaşaraq 69,58 dollar olub.