Bakı, 23 mart — Sputnik. Saatlı rayonunda 2 nəfərin ölümü, daha 2 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaralar kəndi ərazisində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Yaralılardan biri 1970-ci il təvəllüdlü İmişli rayon sakini Rəfiyev Rəşad Çingiz oğludur. Hazırda ölənlərin və digər yaralının şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə, qəzada ölənlər İmişlinin Yalavac kənd sakinləridir. Hazırda "Shacman" markalı yük maşınında sıxılıb qalmış Bakıdan olan yaralının çıxarılması istiqamətində xilasedicilər tərəfindən iş aparılır.