Aİ Rusiyadakı səfirini geri çağırır

Londonun qərarına cavab olaraq Moskva da analoji addım atıb
Sputnik

Bakı, 23 mart — Sputnik. Avropa İttifaqı Rusiyadakı səfirini geri çağırmaq barədə qərar verib. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, məlumatı İsveçin baş naziri Stefan Levan məlumat verib. 

İttifaq liderlərinin Brüsseldəki yığıncağından sonra açıqlama verən Levan, qərarın səbəbini belə izah edib:

"Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızına İngiltərədə edilən sui-qəsdin arxasında Kremlin durduğuna inanırıq. Bu səbəblə Moskvadakı səfir Markus Edereranı geri çağırmağa qərar verdik. Məqsədimiz Britaniyaya dəstəyimizi göstərməkdir" — nazir deyib.