CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu əhali təbəqəsinə bayram müjdəsi - Maaşlar artırıldı

Xadimə, dalandar, bağban, gözətçi və ocaqçıların maaşları 20 manat artırılıb
Sputnik

BAKI, 22 mart — Sputnik. Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. 

Qərara əsasən, Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib. 

Dəyişikliklə dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən artır.