Tofiq Abbasov: “Sağlam İslamın qayəsi sülh və dialoq aparmaqdır”
Mart ayının əvvəllərində Almaniyanın Berlin və Lauffen-am-Nekkar şəhərlərində yerləşən türk məscidlərinə hücumlar olunub. Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, islamafobiyanın dünyada genişlənməsi narahatlıq doğuran haldır:
“Artıq neçə illərdir bu cərəyan müxtəlif güc mərkəzlərindən qidalanır. Müxtəlif yerlərdə İslamı terror ideologiyasına bərabər edirlər. Bu həqiqətə uyğun deyil və cinayətkarlıqdır. Sağlam İslamın qayəsi sülh, bərabərlik, barışıq və dialoq aparmaqdır. İslamafobiya sonda bütün dünyanı fəlakətə sürükləyə bilər”.
Qeyd edək ki, Türkiyə Almaniyanı türk məscidlərinə hücumların qarşısını almaq üçün addımlar atmağa çağırıb.
Ekspertin geniş şərhinə audiofayılda qulaq asa bilərsiniz.