SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Korrupsiya qalmaqalı daha bir ölkənin rəhbərini bitirir

İmpiçmentin səbəbi korrupsiya ittihamıdır
Sputnik

BAKI, 22 mart — Sputnik. Latın Amerikası ölkəsi olan Perunun prezidenti Pedro Pablo Kuçinski istefa ərizəsini parlamentə təqdim edib.

Martın 15-də Peru parlamenti prezident Kuçinskinin impiçmenti prosesinin başlanmasının lehinə səs verib.

İmpiçmentin səbəbi korrupsiya ittihamıdır. 

77 yaşlı Kuçinski 2016-cı ildə keçirilən prezident seçkilərində qalib gəlib.