BAKI, 22 mart — Sputnik. 1895-ci il martın 22-də kinematoqrafın baniləri sayılan fransız Ogüst və Lui Lümyer qardaşları Parisdə ilk kinofilmi dostları üçün nümayiş etdiriblər.
İlk pullu kinoseans 1895-ci il dekabrın 28-də Parisin Kaputsinlər bulvarındakı Grand Cafe-də Lümyer qardaşları tərəfindən həyata keçirilib. Kinonun yarandığı gün məhz 1895-ci il dekabrın 28-i sayılır. Lümyer qardaşlarının seanslarında natura şəklində çəkilən qısametrajlı filmlər göstərilib.