Zaqatalada 2 uşaq atası özünü asdı

Kənd sakinlərinin verdiyi məlumata görə, 2 uşaq atası olan A.Kərimov ruhi xəstə olub
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 mart — Sputnik. Tükürpədən hadisə Zaqatala rayonun Qandax kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Anar İbad oğlu Kərimov yaşadığı evin həyətində qoz ağacından özünü asıb. Kənd sakinlərinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 2 uşaq atası olan A.Kərimov ruhi xəstə olub, hər zaman yaxınlarının nəzarəti altında yaşayıb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.