Böyük şəhərlər susuz qalmaq təhlükəsi ilə üz-üzədir

Bölgəmizin şəhərləri də təhlükə altındadır
Sputnik

BAKI, 21 mart — Sputnik. Su borularına yapışır və onun tıxanmasına gətirib çıxarır, su anbarları üçün təhlükə mənbəyidir. Hətta şəhərləri belə susuz qoyabilər. Bütün bunların səbəbkarı boyu 1-5 santimetr arasında olan zebra molyuskudur. Dunay çayı hövzəsindən Avropaya, oradan da Şimali Amerikaya yayılan bu molyusk növü, adını sarı və qəhvəyi zolaqlı qabığından götürüb. Boyları 5 santimətrə qədər uzana bilir. Bu dəniz canlıları xüsusi yapışqan örtüyə malik olduqlarından canlı və ya cansız hər şeyə yapışıb sürü halında yaşayırlar. Dünyada ən geniş yayılan molyusklardan hesab olunan zebra növünün dişiləri ildə 1 milyon, yaşadığı müddətdə isə 5 milyondan çox yumurta qoyurlar. Suyun olduğu hər yerdə bu canlılar yaşaya bilərlər. 

Qeyd edək ki, ABŞ höküməti bu dəniz canlıları ilə mübarizə aparmaq üçün dövlət büdcəsindən ildə 5 milyard dollar pul ayırır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu molyuskların ana vətəni Xəzər, Qara və Aral dənizləridir. Bu isə bölgəmizin şəhərlərinin də təhlükə altında olması deməkdir.