RUSİYA

Pulun qalığını gec qaytardı, döyüldü

Müştərilərdən gediş haqqını alan zaman mübahisə düşüb
Sputnik

BAKI, 21 mart — Sputnik. Surqutda iki gənc taksi sürücüsünə hücum edib. Sputnik AzərbaycanRusiya mediasına istinadən xəbər verir ki, gənclər açıqlamasında hücumun səbəbi kimi taksi sürücüsünün gediş haqqı üçün verdikləri pulun qalığını gec verməsini göstəriblər.

Taksi sürücüsü polisə verdiyi ifadədə deyib ki, o müştəriləri alış-veriş mərkəzlərindən birinə aparıb. Müştərilərdən gediş haqqını alan zaman mübahisə düşüb. Bu zaman müştərilərdən biri olan 18 yaşlı gənc oğlan sürücüyə bir neçə dəfə yumruq vurub. Daha sonra gənclər hadisə yerindən qaçıblar. Polis taksi sürücüsünün verdiyi ifadəyə uyğun olan gəncləri saxlayıb. Gənclərin törətdikləri hadisəyə görə cinayət işi açılıb.

Qeyd edək ki, Surqut vilyətində taksi sürücüləri ilə bağlı belə hadisələr tez-tez baş verir. Belə ki, fevral ayında bir taksi sürücüsünün avtomobilini taksiyə əyləşən müştərilər ondan alıb və sonra pul tələb edərək qaytarmaq istəyiblər. Polis hadisə törədən cinayətkarları tapmağa müvəffəq olub.