RUSİYA

Yaşayış binasında tələfatla nəticələnən partlayış kameralara belə düşdü

Murmansk şəhərində baş verən partlayış insan ölümü ilə nəticələnib
Sputnik

BAKI, 21 mart — Sputnik. Rusiyanın Murmansk şəhərində yaşayış evində baş verən partlayış kamerlara düşüb.

Martın 20-də Murmanskın Sverdlov küçəsindəki evlərdən birində təbii qaz partlayıb. Hadisə nəticəsində üç nəfər həlak olub, binanın bir hissəsi isə çöküb. 

Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, hadisənin əsas versiyası kimi sakinlərdən birinin qəsdən qaz boru xəttini zədələməsi nəzərdən keçirilir.