BAKI, 21 mart — Sputnik. Adana ABŞ konsulluğuna terror ehtimalı şübhəsilə ilə yaxalanan 4-ü türk, 15-i suriyalıdan ibarət qrupun tərkibindəki şübhəlilərdən birinin İŞİD-in tankçısı olduğu məlum olub.
Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, şübhəlilər saxlanıldıqdan sonra 14 gün müddətinə sorğulanıblar. Sorğular zamanı suriyalı Əhməd Qəssabın İŞİD sıralarında tankçı olduğu müəyyən edilib. Şübhəlinin İŞİD zəiflədiyi üçün qanunsuz yollarla Türkiyəyə gəldiyi və Adanada yaşadığı müəyyənləşdirilib.
Bununla yanaşı İŞİD tankçısının tankla şoular göstərdiyi görüntülər də tapılıb. Həmin görüntüləri təqdim edirik: