Ərdoğandan ABŞ əleyhinə sərt bəyanat: "Bu torpaqlar sənindir?"

ABŞ-ın Menbicdən çıxmağı bir kənara, ümumiyyətlə, orada olmağa haqqı yoxdur
Sputnik

BAKI, 21 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Suriyanın Menbiç bölgəsinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənəcəyini bəyan edib.

Ərdoğan ABŞ əsgərlərinin Menbicdən çıxmayacağı barədə amerikalı rəsmilərin bəyanatlarına sərt reaksiya verib.

Türkiyə prezidenti bildirib ki, ABŞ əsgərlərinin ümumiyyətlə, Menbiçdə olmağa haqqı yoxdur.

"ABŞ-ın əsgərlərinin Menbicdən çıxmayacağını bəyan edirlər. ABŞ-ın Menbicdən çıxmağı bir kənara, ümumiyyətlə, orada olmağa haqqı yoxdur. 11 min, 12 min kilometrdən bura niyə gəlirsən? Bu torpaqlar sənindir? Bu torpaqlarla nə əlaqən var? Türkiyə Menbiç başda olmaqla, sərhədində terror təhdidi aradan qaldırılana qədər dayanmayacaq. Həmişə deyirəm. Biz bu yola baş qoyduq. Kimin cəsarəti varsa, buyursun, meydana çıxsın" — prezident deyib.