İQTİSADİYYAT

Trampdan gözlənilməz qərar

Donald Tramp Venesuela əleyhinə addım atdı
Sputnik

BAKI, 20 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp Venesuelaya rəqəmsal pul vahidləri (kriptovalyuta) ilə həyata keçirilən bütün  maliyyə əməliyyatlarını qadağan edən qərara imza atıb. Bu barədə Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir.  

İmzalanmış qərarda deyilir: “Venesuela höküməti tərəfindən və ya Venesuella höküməti adından 9 yanvar 2018-ci il tarixindən etibarən çıxarılan rəqəmsal pul vahidləri  ilə həyata keçrilən bütün əməliyyatlar amerikalılara və ABŞ daxilində bu gündən etibarən qadağan edilir”. 

Qərarda qadağanın həm real, həm də virtual şəxslərə aid olduğu və ABŞ Maliyyə Nazirliyinin qadağanın təsirli şəkildə həyata keçirilməsini təmin etmək üçün lazım olan addımları atmaqda səlahiyyətli olduğu bildirilir. 

Xatırladaq ki, Trampın qadağa qərarı Venesuelanın “petro” adını verdiyi rəqəmsal pul vahidinin satışının son gününə təsadüf edib. Qeyd edək ki, Venesuela ABŞ-ın ona qarşı həyata keçirdiyi maliyyə təzyiqinə sinə gərmək və sıxıntıda olan iqtisadiyyatını canlandırmaq üçün “petro”nu  fevralın 20-də  bazara çıxarıb.