Tramp oyun qaydalarını pozdu, Putin təbrik edilmədi

Xatırladaq ki, seçki məntəqələrindəki bütün protokolların 98,81 faizi yoxlanılandan sonra Vladimir Putin 76,65 faiz səslə qalib gəlib
Sputnik

BAKI, 20 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp bütün siyasi etika qaydalarını pozub və Rusiya prezidenti Vladimir Putinə düşmən münasibət bəslədiyini gizlətmir. Belə ki, Tramp Putini prezident seçilməsi ilə bağlı təbrik etməyib.

Sputnik Azərbaycan Reuters-ə istinadla xəbər verir ki, Ağ Evin nümayəndəsi Hoqan Qidli bildirib ki, Tramp rusiyalı həmkarını təbrik etməyə hazırlaşmır, onun iş cədvəlində Putinlə telefon danışı nəzərdə tutulmayıb.

Rəsmi nümayəndə onu da qeyd edib ki, Putinin yüksək posta seçilməsi onlar üçün gözlənilməz olmayıb: "Biz Rusiya ilə münasibətləri inkişaf etdirmək üçün işləyəcəyik və əgər Rusiya bizim maraqlarımıza təhlükə törətsə, sanksiyalar tətbiq etməkdə davam edəcəyik. Amma maraqlarımıza uyğun olanda, birgə işləmək üçün imkanlar axtaracağıq".

Xatırladaq ki, seçki məntəqələrindəki bütün protokolların 98,81 faizi yoxlanılandan sonra Vladimir Putin 76,65 faiz səslə qalib gəlib.