Bu canlının sonuncu nümayədəsini də öldürərək nəslini kəsdilər

2008-ci ildə ağ şimal kərgədanlarının vəhşi təbiətdə brakonyerlərin ucbatından kökü kəsilib
Sputnik

BAKI, 20 mart — Sputnik. Keniyanın “Ol Pedjeta” qoruğunda olan dünyada sonuncu ağ şimal erkək kərgədanı öldürülüb.

Sputnik Azərbaycan xəbər verir ki, 45 yaşlı Sudan adlı kərgədanı sağlamlığındakı problemə görə iynə ilə yatıraraq öldürüblər. “Onun vəziiyəti anidən pisləşib. Kərgədan çox əziyyət çəkirdi “ — deyə qoruqdan bildirilib.  

Hazırda dünyada iki şimal ağ kərgədanı qalıb və onların hər ikisi dişidir. Onlar da bu qoruqda saxlanılır. 

Xatırladaq ki, 2008-ci ildə ağ şimal kərgədanlarının vəhşi təbiətdə brakonyerlərin ucbatından kökü kəsilib.