CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kədərli Novruz: Şamaxılı gənc bayram səbəbilə özünü asıb?

Müzadil Alıyevin nişanlı olduğu qızın evinə bayram sovqatı apara bilmədiyi üçün özünə qəsd etdiyi bildirilir
Sputnik

BAKI, 20 mart — Sputnik. Şamaxı rayonunda gənc oğlan intihar edib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 12.00 radələrində rayonun Ovculu kəndində baş verib.

Kənd sakini 1995-ci il təvəllüdlü Alıyev Müzadil Şahsəddin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

Müzadil Alıyevin nişanlı olduğu qızın evinə bayram sovqatı apara bilmədiyi üçün özünə qəsd etdiyi bildirilir.