Qorbaçov ortaya çıxdı və zəhərlənmədən danışdı

Rəsmi London, Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib
Sputnik

BAKI, 20 mart — Sputnik. Sovetlər İttifaqının (SSRİ) birinci və sonuncu prezidenti Mixail Qorbaçov, keçmiş rus kəşfiyyatçı Skripal və qızının İngiltərənin Solsberi şəhərində sui-qəsdə uğramasından danışıb. Sputnik Azərbaycan bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Dünən keçirilən prezident seçkiləri ilə bağlı səsvermə məntəqəsinə gələn Qorbaçov, yaşanan hadisəni “qorxunc və iyrənc olay” kimi xarakterizə edib.

"Əlbəttə bu hadisə dəhşətlidir. Qəbul edilə bilməz. Sui-qəsdin arxasında kimin olduğunu zaman göstərəcək" – deyə 87 yaşlı lider bildirib.

Rəsmi London, Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib və işin arxasında Rusiyanın olduğunu iddia edib. Kreml isə iddiaları ilk başdan rədd edib.