On dörd ildən sonra sahibinin yanına qayıtdı

ABŞ-da sahibi 14 il əvvəl itmiş pişiyini tapıb. Pişik əvvəlcə yeyib-içmirmiş, amma sahibini tanıyınca, incikliyi aradan qalxıb
Sputnik

BAKI, 20 mart — Sputnik. ABŞ-da bir nəfər 14 il əvvəl itmiş pişiyini tapıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə USA Today nəşri məlumat yayıb.

Florida ştatının Fort-Pirs şəhərindən olan Perri Martin 14 il əvvəl özünün Balaca Tomas (T2) ləqəbli pişiyini itirib. Həmin vaxt o, dağıdıcı qasırğa səbəbindən başqa şəhərə getməli olub. Martin balaca pişiyini də özü ilə götürüb, amma pişik bir gün sonra yoxa çıxıb. Pişiyin axtarışı heç bir nəticə verməyincə, sahibi düşünüb ki, yəqin Toması maşın vurub. 

İt təyyarədəkilərin başına oyun açdı

O vaxtdan Perri bir neçə dəfə yaşayış yerini dəyişib, axırda doğma şəhərinə qayıdıb. Məlum olub ki, heyvan mühafizəçiləri o zaman T2-ni küçədən tutaraq sığınacağa aparıblar və orada ona qayğı göstəriblər. Sığınacağın əməkdaşları heyrətləniblər ki, pişik sığınacağa gəldiyi vaxtdan ötən illər ərzində onunla heç kəs maraqlanmayıb. 14 il ərzində kimsə sığınacağa və ya veterinarların yanına gedərək öz pişiyini xəbər almayıb.

60 yaşlı Perri 16 il əvvəl pişiyinin dərisinin altına çip yerləşdirən veterinara zəng edərək baş verən hadisə barədə ona məlumat verib. Kişinin sözlərinə görə, o, bütün bu illər ərzində pişiyinin nə etdiyini bilmək istəyib: "Əgər sağlam olsaydı və ona 15 dəqiqəlik danışmaq üçün dil verilsəydi, bu illər ərzində başına gələnləri danışardı. Yəqin o, təqribən mənə deyərdi ki, "ata, sən niyə o vaxt mənə qapını açmadın?"

Öz doğma evinə qayıdan pişik əvvəlcə yemək yeməkdən və su içməkdən imtina edib. Gününün çox hissəsini yatmaqla keçirib. Üstündən 10 gün keçəndən sonra T2 tədricən öz sahibini tanımağa başlayıb. "Mən məmnuniyyətlə hər şeyi edirəm ki, o, ömrünün qalan günlərini komfort içində yaşasın. Onun artıq 18 yaşı var, qocalıb, sümükləri kövrəkləşib. Amma o, hələ də mənim üçün balaca T2-dir" — deyə Perri etiraf edib.