BAKI, 20 mart — Sputnik. Rus model Dubayda manyakdan qaçan zaman onurğasını qırıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Dubay səfəri Yekaterina Stesyuk üçün macərlarla dolu keçib. Belə ki, model onu öldürmək istəyən əcnəbinin qurbanı olmamaq üçün özünü 6-cı mərtəbədən atıb. Yekaterina möcüzə nəticəsində sağ qalıb, ancaq bel sütunundan ağır zədə alıb. İndi o hərəkət edə bilmir.
Əcnəbi rus qadının sevgisinə nail olmaq istəyirmiş, bu alınmadıqda onu öldürmək istəyib.
Hazırda model yerli xəstəxanada müalicə alır. Onun üzərində artıq iki əməliyyat aparılıb. Rus qadının həyatı üçün hazırda heç bir təhlükə yoxdur.
Bu işlə hazırda yerli polis məşğul olur. BƏƏ-dəki baş konsulluq rus qadına hərtərəfli dəstək verir. Valideynləri və dostları isə onun müalicəsi üçün pul yığmağa başlayıb.
Modeli intihar həddinə çatdırmış əcnəbi isə Dubay hava limanında saxlanılıb.