QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN: "Bu qurğu yəqin ki, uşaqların oyunu zamanı ermənilərin əlinə keçib"

Müdafiə Nazirliyi Azərbaycana məxsus kvadrokopterin ələ keçirilməsilə bağlı məlumatlara münasibət bildirib
Sputnik

BAKI, 19 mart — Sputnik. Müdafiə Nazirliyi Ermənistanın kütləvi informasiya vasitələrində Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) ələ keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, erməni mətbuatında yayılan fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur. 

"Yəqin ki, hansısa Novruz bayramı şənliyinin çəkilişində, ya da uşaqların oyunu zamanı ermənilərin əlinə keçib" — Nazirlikdən qeyd olunub.