“İlan oğrus”unu kobra sancaraq öldürüb

İrma Gyul konserti zamanı ilanla səhnəyə çıxır. Kobra konsertdə onu sancır
Sputnik

BAKI, 20 mart — Sputnik. Malayziyada yaşayan Abu Zarin Hüseyn ilan sancmasından ölüb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 33 yaşlı kişini “ilan oğrusu” adlandırırlar. O, zəhərli ilanların zərərsizləşdirilməsi ilə məşğul olub.

Sonuncu dəfə Hüseynin bəxti gətirməyib. İlan, onu tutmaq istəyən Hüseyni sancıb. Həkimlər isə onun həyatını xilas edə bilməyiblər.

Bütün dünyada məşhur olan Hüseyni bir neçə il öncə də ilan sancıb. Amma o zaman həkimlər ovçunu xilas edə bilmişdi. O, bir neçə gün komada olsa da, həyata qayıtmışdı.