Bu il paytaxtda Novruz bayramının qeyd olunması Dənizkənarı parkdan başlayıb.
Qız Qalasının divarların yaxınlığında keçirilən yarmarkadan və şənlik bir gün sonra İçərişəhərdə davam etdirilib. Yarmarkada Bakı sakinlərinə və qonaqlara ənənəvi bayram atributları və suvenirlər təqdim olunub. Təbii ki, onların arasında əsas yeri səməni tutub. Burada həmçinin bölgələrdən gətirilmiş məhsullar da yer alıb.
Şənlik zamanı rəqs və musiqi kollektivlərinin çıxışı da nümayiş etdirilib.
Sputnik Azərbaycan şənlikdən rəngarəng anları təqdim edir.