CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı mühacirin harayı: "Uşaqlarımı əlimdən alıb dinini dəyişdilər"

Davud Əliyev: "Uşaqlarımın dediiynə görə, onları xristian ediblər. Artıq onlar başqa dinə inanır"
Sputnik

BAKI, 20 mart — Sputnik. Almaniyada Köln şəhərində yaşayan Davud Əliyev qızlarını geri almaq üçün Türkiyə və Azərbaycanın rəhbərliyinə müraciət edib.  

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan Davud Əliyevin 10 və 12 yaşlı qızları 7 il əvvəl Köln Gənclik Mərkəzi tərəfindən əlindən alınıb. Uşaqlarını geri qaytarmaq üçün əlindən gələni edən Əliyev buna nail ola bilməyib. 

İsveç 106 yaşlı xəstə mühacir qadını çölə atdı

Həyat yoldşaı ilə ayrıldıqlarını deyən Əliyev uşaqların vəkalətinin ona verildiyini, ancaq həyat yoldaşının şikayəti ilə uşaqların ondan alındığını bildirib.  

“4 il uşaqlaırmı görə bilmədim. Uşaqlarımın dediiynə görə, onları xristian ediblər. Artıq onlar başqa dinə inanır. Xahiş edirəm, mənə yardım edin. Türkiyə və Azərbaycan prezidentlərindən mənə yardım etmələrini xahiş edirəm”.

Davud Əliyevin sözlərinə görə, hazırda  ona uşaqlarını həftədə bir dəfə 3 saat nəzarətçi ilə görməsinə iaczə verilir.  

Ata qızlarının öz dilini unutduğunu da qeyd edib.