Azərbaycana bahar gəldi

Novruzun qeyd edilməsi də yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir
Sputnik

BAKI, 20 mart — Sputnik. Ölkəmizə artıq bahar fəsli gəlib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, yazın Azərbaycana gəlişi martın 20-si saat 20:15:30-a təsadüf edib və bu zaman gecə-gündüz bərabərliyi qeydə alınıb. 

Bu gün Azərbaycanda xalqın ən sevimli bayramlarından biri olan Novruz bayramı qeyd edilir. Novruzun qeyd edilməsi də yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. 

Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.