Prezidentdən səfirə ağır sözlər: "İt oğlu..."

İsrail İordan çayının qərb sahillərindəki əraziləri mübahisəli hesab edir
Sputnik

BAKI, 20 mart – Sputnik. Fələstin prezidenti Mahmud Abbas ABŞ-ın İsraildəki səfiri Devid Fridmanı “it oğlu” adlandırıb. 

Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, Mahmud Abbas onu İordan çayının qərb sahillərində yəhudi yaşayış məskənlərinin tikilməsini dəstəkləməkdə günahlandırıb.  

“Təl-Əvivdəki ABŞ səfiri, sonradan orda məskunaşmış “it oğlu” deyir ki, bura onların torpağıdır, biz isə deyirik ki, həmin yaşayış məntəqələri Fələstin torpağında tikilib” — Abbas bəyan edib.

ABŞ lideri Donald Tramp 2017-ci ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanıdıqdan sonra Fələstin hökuməti ABŞ-a qarşı çıxmağa başlayıb. 

İsrail İordan çayının qərb sahillərindəki əraziləri mübahisəli hesab edir. BMT-yə görə isə həmin ərazilər İsrail tərəfindən işğal olunub.