BAKI, 19 mart — Sputnik. Rusiyada prezidentliyə namizəd Kseniya Sobçak prezident seçkilərinin özü üçün əsas nəticəsi kimi 1 milyon rusiyalının səsini qazanmağı hesab edir.
"Bu səsvermənin mənim və komandam üçün əsas nəticəsi bizim dəyərləri dəstəkləyən milyon insan, milyon səsdir. Bu çoxlu laqeyd olmayan, gözəl vətəndaş deməkdir. Əgər milyon nəfər bizimlə birlikdə partiya yaratsa, biz Dövlət Dumasını dəyişərik. Əgər milyon nəfər dinc mitinqə çıxsa ölkəni dəyişərik" — Sobçak Instagram-da yazıb.
MSK-nın məlumatına əsasən, protokolların 97%-i sayıldıqdan sonra Sobçak 1,7 milyon səslə (1,64%) 4-cü yerdədir.
"Mən demokratları səs verməyə inandıra bilmədiyim üçün məsuliyyət daşıyıram" — Sobçak əlavə edib.