RUSİYA

Saakaşvilidən ukraynalılara ağlasığmaz vəd

Kiyevdə Saakaşvilinin tərəfdarları prezident Pyotr Poroşenkonun istefası tələbi ilə aksiya keçirirlər
Sputnik

BAKI, 19 mart — Sputnik. Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Krımı qaytaracağı ilə bağlı ukraynalılara qəribə vəd verib. Sputnik Azərbaycan bu barədə Vesti.ru-ya istinadən xəbər verir.

Paytaxt Kiyevin mərkəzinə toplaşan minlərlə tərəfdarı qarşısında video-most vasitəsilə çıxış edən Saakaşvili Rusiya əleyhinə sərt ifadələr səsləndirib. "Kiyev, sizi salamlayıram. Maydanı qaytardıq, inanın Krımı da qaytaracağıq", – Saakaşvili bildirib.

Qeyd edək ki, bu gün Ukraynanın bir çox bölgəsində, xüsusilə də paytaxt Kiyevdə Saakaşvilinin tərəfdarları prezident Pyotr Poroşenkonun istefası tələbi ilə aksiya keçirirlər.