CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha iki qurumdan əhaliyə bayram xəbərdarlığı

Qəza briqadaları 24 saat əhalinin xidmətində olacaq
Sputnik

BAKI, 19 mart — Sputnik. “Azərsu" ASC Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib.

Polis gücləndirilmiş iş rejiminə keçdi

Bildirilib ki, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək.

Bundan başqa, qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə zəruri tədbirlər görüləcək: "İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar "Azərsu" ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən telefon, internet, mobil rabitə, radio-televiziya yayımı və poçt xidmətləri ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

Nazirlikdən bildirilib ki, bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq, operativ tədbir görülməsi nəzərdə tutulur.

Bayram günlərində məsul növbətçilik təşkil edilməklə nəqliyyat və rabitə xidmətlərinin fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.

Bayramda daha bir qurum gücləndirilmiş rejimdə işləyəcək

Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.

Vətəndaşlar rastlaşdıqları istənilən problemlə bağlı "1655" saylı "Qaynar Xətt"lə əlaqə saxlaya bilərlər.