RUSİYA

Rusiyada seçki protokollarının sayılması başa çatır: Yekun nəticələr

Son yerləri Boris Titov (0,76%), Maksim Suraykin (0,68%) və Sergey Baburin (0,65%) tuturlar
Sputnik

BAKI, 19 mart — Sputnik. Rusiya Mərkəzi Seçki Komissiyası seçki protokollarının 99,75%-ni hesablayıb. Alınan nəticələrə görə hazırkı dövlət başçısı Vladimir Putin 76,67%, Kommunist Partiyasının namizdəi Pavel Qrudinin 11,79%, liberal-demokratların lideri Vladimir Jirinovski isə 5,66% səs toplayaraq ilk üçlüyü təşkil ediblər.

Sonrakı yeri teleaparıcı Kseniya Sobçak tutur — 1,67%. "Yabloko"nun namizədi Qriqori Yavlinski 1,04%-lə beşincidir.

Son yerləri Boris Titov (0,76%), Maksim Suraykin (0,68%) və Sergey Baburin (0,65%) tuturlar.