BAKI, 19 mart — Sputnik. Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin seçki bülletenlərinin 99%-nin işlənməsindən sonra 76,65% səslə dünən keçirilmiş prezident seçkilərində irəlidədir. Sputnik Azərbaycan bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasına istinadən məlumat verir.
MSK-dan verilən məlumata əsasən, Putin rekord sayda — 54,4 milyon vətəndaşın səsini qazanıb. Bu, 2004-cü ildəki göstəricidən 5,1 milyon nəfər çoxdur. Vladimir Putinə seçicilərin mütləq əksəriyyəti səs verib.
Kommunist Partiyasının namizədi Pavel Qrudinin 11,84%, liberal-demokratların lideri Vladimir Jirinovski isə 5,58% səs alıb.
Protokolların 91,5% sayılmasından sonra seçici fəallığı 67%-dən çox təşkil edib.