"Google" 4 il əvvəl itən təyyarəni tapdı

2014-cü ildə Hind okeanı üzərində itən Malayziya hava yollarına aid sərnişin təyyarəsi ilə bağlı yeni bir iddia ortaya atılıb
Sputnik

BAKI, 19 mart — Sputnik. 2014-cü ildə Hind okeanı üzərində itən Malayziya hava yollarına aid sərnişin təyyarəsi ilə bağlı yeni bir iddia ortaya atılıb.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, avstraliyalı qəza tədqiqatçısı Piter Makmahon 2014-ci ildə itən Malayziya hava yollarına aid sərnişin təyyarəsini tapdığını iddia edib. Mcmahonun sözlərinə görə, təyyarə Hind okeanındakı Round adası yaxınlığında yerləşir.

Parçalanmış halda olan təyyarənin 2014-cü ildə "Google Maps" xidməti tərəfindən çəkilmiş peyk fotolarını yayımlayan Makmahon təyyarədə güllə izləri olduğunu iddia edir.