RUSİYA

Putin hökumətdə dəyişikliklərin anonsunu verdi

Putin hələlik yeni konstitusiya islahatları keçirməyəcəyini bildirib
Sputnik

BAKI, 19 mart — Sputnik. Rusiya hökumətində dəyişikliklər andiçmədən sonra olacaq. Rusiya prezidenti Vladimir Putin belə bir açıqlama ilə çıxış edib. O artıq baş nazir postuna namizəd barədə fikirləşməyə başladığını deyib.

"Ümumiyyətlə, hökumətdə dəyişiklikləri yeni səlahiyyət müddətinə başlamış prezident həyata keçirməlidir. Əsas dəyişikliklər, bütün dəyişikliklər andiçmədən sonra olacaq. O ki, qaldı hökumətə, hökumətin rəhbəri məsələsinə, bu barədə əlbəttə ki, fikirləşirəm".

Putin hələlik yeni konstitusiya islahatları keçirməyəcəyini bildirib.