CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eldar Əzizov: “Sakinlər öz evlərində yaşamaq istəyir”

İcra başçısı evləri sökülən sakinlərə kompensasiya verilməsi məsələsinə də toxunub
Sputnik

BAKI, 19 mart — Sputnik. "Bayıl sürüşmə ərazisində yaşayan sakinlərlə danışıqlar aparılır. Bu ərazidə yaşayan sakinlərin böyük hissəsi evlərinə qayıdıb, yaşamaq istəyirlər". Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnlaistlərə açıqlamasında Səbai Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O, qeyd edib ki, ərazidə sürüşmə zəifləyib, amma hələ ki, dayanmayıb. Yekun qərar mütəxəssislərin araşdırmalarının nəticəsindən sonra veriləcək.

İcra başçısı evləri sökülən sakinlərə kompensasiya verilməsi məsələsinə də toxunub, bu məsələyə baxıldığını bildirib: "Düzdür, evləri dağılan sakinlərə kompensasiya verilməsi uzanır. Çünki sakinlər hər gün yeni bir təkliflə bizə müraciət edirlər. Hesab edirəm ki, çox qısa vaxtda problem həllini tapmalıdır".

Xatırladaq ki, bir müddət əvvəl Bayılda sürüşmə nəticəsində 4 ev dağılıb, 2 ev ciddi zərər görüb. Proseslə əlaqədar 98 ailə ərazidən köçürülüb. Onlara başqa yerdə yaşamaq üçün kirayə pulu verilib.

Sürüşmə zamanı evləri yarasız hala düşmüş şəxslərə isə kompensasiya verilməsi nəzərdə tutulub.