Avropa Amerikanın "İran" oyununa uymadı

Xanım siyasətçi Aİ-nin İranla imzaladığı nüvə müqaviləsinə sadiq qalacaqlarını söyləyib
Sputnik

BAKI, 19 mart — Sputnik. “Avropa İttifaqı İrana qarşı əlavə sanksiyalar tətbiq etmək barədə düşünmür və ittifaqın belə bir planı yoxdur”. Sputnik xəbər verir ki, bunu Aİ-nin xarici siyasət üzrə rəhbəri Federika Moqerini birliyə üzv olan 28 dövlətin xarici işlər nazirləri ilə görüşündə deyib.

“Bizim İrana qarşı əlavə sanksiya tətbiq etmək planımız yoxdur", – o qeyd edib.

Moqerini sanksiyalarla bağlı müzakirələrin başlayacağını gözləmədiyini, İttifaqın İranla imzaladığı nüvə müqaviləsinə sadiq qalacaqlarını söyləyib.