BAKI, 18 mart — Sputnik. Türkiyənin Doğan Xəbər Agentliyi (DHA), Azad Suriya Ordusu (ASO) müttəfiqlərinin bu səhər Afrin şəhərinin mərkəzinə girməyə başladığını xəbər verib.
Sputnik Türkiyə xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Zeytun budağı" hərəkatı çərçivəsində Azad Suriya Ordusu şəhərin cənub-şərqindən Afrinə girməyə başlayıb.
ASO Afrinin içərilərinə doğru 2 kilometrə qədər irəliləyib. Bölgədə döyüş və partlayış səsləri eşidilir. Türkiyənin döyüş təyyarələrinin Afrin səmasında uçduğu qeyd edilir.