Almaniyada Şimali Koreya şoku: Ölkə hər an məhv edilə bilər

Kəşfiyyat rəhbəri deputatları təhlükə barədə xəbərdar etdi
Sputnik

BAKI, 18 mart — Sputnik. Almaniyanın Federal kəşfiyyat xidməti (BND) Bundestaqın deputatlarını Şimali Koreyanın Avropa ölkələrinə raket zərbəsi endirə biləcəyi barədə məlumatlandırıb. Sputnik Azərbaycan bu barədə Bild am Sonntag qəzetinə istinadən məlumat verir.

Qəzetin yazdığına görə, BND şefinin müsavini Ole Dil deputatlarla məxfi müşavirədə bildirib ki, "Şimali Koreya raketləri hazırda Avropa və Almaniyaya çata bilərlər". O həmçinin Pxenyanın həmin raketləri nüvə başlıqları ilə təchiz edə biləcəyini qeyd edib.