BAKI, 18 mart — Sputnik. Rusiya Federasiyasında prezident seçkiləri üzrə səsvermə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, seçki məntəqələri ilk olaraq Kamçatka diyarı və Çukot Muxtar Dairəsində açılıb.
Səsvermə yerli vaxtla 8:00-dan 20:00-dək keçirilir.
Ümumilikdə 97000-dən çox seçki məntəqəsində səs veriləcək, onlardan 400-dən çoxu xaricdədir.
Rusiya prezidenti postuna 8 namizəd var.