BAKI, 18 mart — Sputnik. Parisdə qaçqınlar getdikcə daha çox yerli sakinlər tərəfindən zorakılıq və təhqirlə qarşılaşırlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Avropada qaçqınların hüququ" təşkilatının sorğu əsasında tərtib etdiyi hesabatda deyilir.
Rəyi soruşulan qaçqınların 75%-i irqi mənşəli təhqirlərlə rastlaşıblar. 20% qaçqın parislilər tərəfindən fiziki, 5% isə seksual zorakılığa məruz qaldığını bəyan edib. Respondentlərin üçdə birindən çoxu polis tərəfindən zorakılığa məruz qalıb.
Ötən illə müqayisədə yerli sakinlər tərəfindən edilən zorakılıq halları xeyli artıb. 2017-ci ildə rəyi soruşulan qaçqınların yalnız 5,6%-i təhqirə məruz qalmışdı, 3,2% fiziki, 0,3% isə seksual təzyiqlə qarşılaşmışdı.