Bu ölkənin başçısı kredit kartından istifadəyə görə istefa verdi

Qurib-Fakim 2015-ci ildə prezident olub və hazırda Afrikada yeganə qadın dövlət başçısıdır
Sputnik

BAKI, 18 mart — Sputnik. Şərqi Afrikanın ada dövləti olan Mavrikinin prezidendi Amina Qurib-Fakim korrupsiya ittihamlarına görə istefa verib. İstefa martın 23-də qüvvəyə minir.

Sputnik Azərbaycan-ın məlumatına görə, dövlət başçısı əcnəbi qeyri-hökumət təşkilatından aldığı kredit kartını şəxsi məqsədləri üçün istifadə etməkdə günahlandırılır. Həmin təşkilatın rəhbərinin Mavrikidə biznes maraqları olub və onun barəsində Portuqaliyada fırıldaqçılıq ittihamı ilə iş açılıb. 

Qurib-Fakim etiraf edib ki, London Yer İnstitutundan aldığı kredit kartından "ehtiyatsız" istifadə edib. O kartdakı məbləğdən cib xərcliyi üçün istifadə etdiyini və sonra 27 min dolları geri qaytardığını bildirib. Siyasətçi əvvəlcə yalançı ittihamların qurbanı olduğunu, istefa vermək istəmədiyini bəyan etsə də, sonda belə bir addım atmalı olub.

Qurib-Fakim 2015-ci ildə prezident olub və hazırda Afrikada yeganə qadın dövlət başçısıdır.