RUSİYA

Rusiyadakı prezident seçkilərinin ilkin nəticələri məlum oldu

Rusiyanın mərkəzi hissəsində artıq səsvermə başa çatıb
Sputnik

BAKI, 18 mart — Sputnik. Məntəqə seçki komissiyalarının protokollarının 21,33%-nin işlənməsindən sonra Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin 71,97% səslə prezident seçkilərində irəlidədir.

Bu barədə RİA Novosti Rusiya Mərkəzi Seçki Komissiyasına istinadən məlumat verir.

Qeyd edək ki, Rusiyanın mərkəzi hissəsində artıq səsvermə başa çatıb. MSK-nın məlumatına görə, seçicilərin 50%-dən çoxu səsvermədə iştirak edib.

Rusiyada keçirilən budəfəki prezident seçkilərində səkkiz namizəd iştirak edir — Vladimir Putin, Pavel Qrudinin, Vladimir Jirinovski, Kseniya Sobçak, Qriqori Yavlinski, Maksim Suraykin, Boris Titov və Sergey Baburin.