BAKI, 18 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Afrinin mərkəzini nəzarət altına aldığını bəyan edib. Sputnik AzərbaycanTürkiyə mediasına istinadla xəbər verir ki, o, bunu 18 mart Şəhidlərin Xatirə Günü və Çanaqqala zəfərinin 103-cü ildönümü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı bildirib.
"Sizinlə bir müjdəni paylaşmaq istəyirəm" — deyən Ərdoğan Afrin şəhərinin mərkəzinin Türkiyə vaxtı ilə saat 08.30 —dan etibarən tamamilə nəzarət altına alındığını qeyd edib.
"Afrində türk bayrağı dalğalanır, Azad Suriya Ordusunun bayrağı dalğalanır" — deyə Türkiyə prezidenti bildirib.
Bu gün Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Zeytun budağı" hərəkatı çərçivəsində Azad Suriya Ordusu şəhərin cənub-şərqindən Afrinə girməyə başlayıb.