HADİSƏ

İki avtomobil toqquşdu, 4 nəfər xəsarət aldı

Xəsarət alanlardan iki nəfəri ambulator müalicəyə buraxılıb
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. Ələt-Astara magistral yolunun Masallı rayonu keçən hissəsində gecə saatlarında avtomobil qəzası baş verib. 

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, “VAZ 2106” markalı 50-BU-623 dövlət nömrə nişanlı minik avtomobili ilə “VAZ 2107” markalı 15-BK-670 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Baş verən qəzada iki nəfər ağır olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alanlar “VAZ 2106” markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Ağayev Natiq və sərnişinlər — 1991-ci il təvəllüdlü Şahmarov Pərviz və 1987-ci il təvəllüdlü Həsənov Elvin, eləcə də “VAZ 2107” markalı avtomobilin sürücüsü 1970-ci il təvəllüdlü Abbasov Abış Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Yaralılardan E.Həsənov vəziyyəti ağır olduğundan əməliyyat edilib, A.Abbasovun vəziyyətinin isə kafi olduğu bildirilir. Digər xəsarət alanlar P.Şahmarov və N.Ağayev ambulator müalicə almaları üçün evə buraxılıblar. 

Qəza hadisəsi araşdırılır.