HADİSƏ

Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib

Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb
Sputnik

BAKI, 18 mart — Sputnik. Cəlilabad rayonunda bu gün piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən rayon sakini Elşən Haşım oğlu Abıyevi avtomobil vurub. Abıyev hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.