RUSİYA

Bakıdakı rusiyalılar RF prezidentliyinə seçkilərdə fəallıq nümayiş etdirirlər

Rusiya vətəndaşları Rusiya Federasiyasının Bakıdakı səfirliyində keçirilən seçkilərdə yüksək fəallıq nümayiş etdirirlər
Sputnik

BAKI, 18 mart — Sputnik. Rusiya vətəndaşları Rusiya Federasiyasının Bakıdakı səfirliyində keçirilən seçkilərdə yüksək fəallıq nümayiş etdirirlər. Bu barədə jurnalistlərə səfirliyin mətbuat attaşesi Denis Apaşkin məlumat verib.

"İlk dəfə səs verən vətəndaşlar arasında xüsusi fəallıq müşahidə olunur" — deyə Apaşkin bildirib.

Bu gün — 18 mart 2018-ci ildə Rusiyada prezident seçkiləri keçirilir. Rusiya Federasiyasınını hazırkı Konstitusiyasına görə, dövlət başçısı birbaşa və bərabər seçkilərdə gizli səsvermə yolu ilə 6 il müddətinə seçilir.

Seçkilər səhər saat 08:00-dan axşam saat 20:00-a qədər 97 028 seçki məntəqəsində keçirilir. İlk olaraq səsvermə Kamçatka diyarında, son olaraq Kalininqarad vilayətində başlayır.

Rusiyada keçirilən budəfəki prezident seçkilərində səkkiz namizəd iştirak edir — Vladimir Putin, Pavel Qrudinin, Vladimir Jirinovski, Kseniya Sobçak, Qriqori Yavlinski, Maksim Suraykin, Boris Titov və Sergey Baburin.