HADİSƏ

Bakıda bina uçdu: Xəsarət alanlar barədə hələlik məlumat yoxdur

İnsident nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur
Sputnik

BAKI, 18 mart — Sputnik. Bakıda yataqxana binası uçub. Bu barədə Sputnik Azərbaycan Haqqın-a istinadən məlumat verir.

Binanın uçqunları altında bir neçə avtomobil qalıb.

Belə ki, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən köhnə binanın kərpicləri yataqxananın yanında park edilmiş BYD, VAZ 2106, Opel və digər markalı avtomobillərin üzərinə düşüb. VAZ 2106 daha çox əzilib və maşın demək olar ki, tamamilə sıradan çıxıb.

İnsident nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

1 / 4
Bakıda yataqxana binası uçub
2 / 4
Bakıda yataqxana binası uçub
3 / 4
Bakıda yataqxana binası uçub
4 / 4
Bakıda yataqxana binası uçub