RUSİYA

Ömründə bir dəfə də olsun səsvermədən qalmayan qadın

Bu qadın hələ sovet dövründən heç bir seçkidən qalmır
Sputnik

BAKI, 18 mart — Sputnik. Rusiyada keçirilən prezident seçkilərində 90 yaşlı səyyah qadın Yelena Yerxova Krasnoyarskda səs verib. 

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən bildirir ki, "Baba Lena" (Lena nənə) kimi tanınan qadın 2016-cı ildə səyahətlərə həvəsi ilə məşhurlaşıb. O öz təqaüdü ilə səyahət etdiyini bildirib və bundan sonra ona kömək edən çoxlu sayda sponsor peyda olub. 

"Birinci dəfə nə vaxt səs verdiyim artıq yadımda deyil, lakin hələ bir dəfə də səsverməni buraxmamışam. Heç bir dəfə də!" — qadın səs verdikdən sonra jurnalistlərə bildirib.