RUSİYA

Rusiyada milyonlarla seçici öz seçki məntəqəsində səs verməyəcək

Rusiyada 6 milyona yaxın insan qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verəcək
Sputnik

BAKI, 18 mart — Sputnik. Rusiyada keçirilən prezident seçkilərində 5,5 milyondan artıq seçici öz seçki məntəqəsində yox, olduğu yer üzrə səs verəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.

Onun sözlərinə görə, ötən prezident seçkilərində bu rəqəm 1,9 milyon olub.

Rusiyada prezident seçkiləri martın 18-də keçirilir. Prezidentlik postu uğrunda 8 nəfər mübarizə aparır.