HADİSƏ

Keflənmək üçün içdi, xəstəxanalıq oldu

Xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 mart — Sputnik. Ötən gecə Qax rayon sakininin keflənmək üçün qəbul etdiyi spirtli içki az qala onun həyatını əlindən alacaqmış.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, gecə saatlarında rayon sakini Aydın Feyzullah oğlu Nəbiyev zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub. 

Onun spirtli içkidən zəhərləndiyi məlum olub. Xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.